Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də – Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:
“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.