Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.
“Bakuxeber.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Sənətçi bu gecə 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, H.Həmidoğlu Xalq artistləri Rübaba Muradova, Əlibaba Məmmədov, Leyla Şərifova, Hacıbaba Hüseynov, Canəli Əkbərov kimi sənətçilərlə birlikdə çalışıb. Onun ifa etdiyi 90-a yaxın xalq, bəstəkar müsiqiləri və muğamlar Dövlət Radio və Televiziya Fondunda saxlanılır.