Marketlərdə polietilen torbalar üçün ödəniş etmək lazım olacaq.
Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iri market şəbəkələrinə məktub göndərdiyi barədə “Qafqazinfo” yazır.
Belə ki, 15-20 mikron olan yüngülçəkili polietilen torbalar yaxın günlərdən etibarən nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməlidir.
“Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir”, – Dövlət Xidməti bildirib.
Beləliklə də, sözügedən torbaların ayrıca məhsul kimi təqdim edilməsilə bağlı tədbir görülməsi və nəticələrini Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilməsi tapşırılıb.