Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin ailə qurduğu Enginin xalası da zəlzələ olan bölgədə yaşayır.
“Bakuxeber.az” xəbər verir ki, müğənni bu haqda “Elgizlə izlə” verilişində danışıb:
“Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi. İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki… Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər,
darıxmayacaqlar. Gör, ana nə deyir. Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi”.