“Tiktoker”lərə qarşı əməliyyat keçirilir? – RƏSMİ AÇIQLAMA
Son günlərdə sosial şəbəkə platformalarında yayılan xəbərlərə görə, DİN əməkdaşları “tiktoker”lərə qarşı xüsusi əməliyyat keçirir.
İqtisadiyyat az bununla bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev ilə əlaqə saxlayıb. E.Hacıyev açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, prodüser Tarix Əliyev də bu barədə məlumat yayıb. Onun səs yazısında bəzi şəxsləri həbs gözlədiyi, bəziləri barəsində polisin tədbir gördüyü bildirilir.