Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev işdən azad edilib.
Bakuxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Artıq sözügedən vəzifəyə yeni təyinat da reallaşıb. Belə ki, nazirin digər əmri ilə Sumqayıt Şəhər Pois İdarəsinin rəis müavini, polkovnik Rauf Babaşov Yardımlı RPŞ-nin rəisi təyin olunub.