Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.