Qaçaqmalçılıq yolu ilə 83 kiloqram narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan dəstə üzvləri saxlanılıb.
“Bakuxeber.az ” xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının əməliyyatı zamanı Şəki şəhər sakini Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.
Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.