Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil olunan aksiyada müxtəlif sahələr üzrə cərrah, oftalmoloq, nevroloq, stomatoloq, psixiatr, otolarinqoloq, pediatr, endkrinoloq, terapevt, kardioloq, travmatoloq, uroloq, qastroentroloq olmaqla 30-dan çox ixtisaslı həkim iştirak edib.
Ümumilikdə ,aksiyada 79 nəfər 18 yaşdan aşağı, 62 nəfər 18 yaşdan yuxarı uşağa tibbi xidmət göstərilib.
Keçirimiş tibbi aksiyanın əsas məqsədi,xalqımızın ümummilli dəyəri olan, yardımlaşma və xeyirxahlığı özündə tərənnüm etdirən Novruz bayramı münasibətilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməkdir.