Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalları Məsum Rəsulov və Ehtiram Xəlilov barədə ev dustaqlığı seçilib.
Bakuxeber.az bildirir ki, bu barədə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.
Belə ki, Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.
Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda barələrində cinayət işi davam edir.
Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilir.