Atəşkəs pozuldu, yaralımız var
DSX: Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.
Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.