Bu gün həkimlər Fazil Mustafanı yenidən əməliyyat edəcək
Bu sözləri Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib.
O bildirib ki, güllənin yaratdığı infeksiya səbəbindən yaraları hələ tikilməyib:
“Şükür olsun artıq infeksiya təmizlənib. Bu gün həkimlər konsultasiya edəcəklər. Əgər vəziyyət uyğun olarsa, bu gün əməliyyata girəcək. Əməliyyatda iki prosedur həyata keçiriləcək. Həm çiynindəki yara, həm də ayağındakı yaraya tikiş qoyulacaq. Evə buraxılma ilə bağlı hələlik bir qərar yoxdur”.