Saakaşvili RƏSMƏN BƏYAN ETDİ: “Ölürəm”
————————————–
Saakaşvilinin vəziyyəti kritik həddə çatıb.
Bakuxeber.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili vəziyyətinin pisləşdiyini açıqlayıb.
54 yaşlı siyasətçinin sözlərinə görə, 2021-ci ilin oktyabrında “8 il sürgündən sonra” respublikaya qayıdıb. Daha sonra Gürcüstan hakimiyyəti Saakaşvilini saxlayıb və nəzarətə götürüb.
“Həbsdə olanda səhhətim sürətlə pisləşdi. İndi isə ölürəm… 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”, – deyə eks-prezident hüquqşünas vasitəsilə məlumat çatdırıb.
Saakaşvili səhhətinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Siyasətçinin sözlərinə görə, onun ölümü Rusiyada “qələbə” kimi qeyd olunacaq, Gürcüstanda isə “siyasi xaos” yaradacaq.
Daha əvvəl Saakaşvilinin anası bildirib ki, eks-prezident sürətlə arıqlayır, zəhərlənmə səbəbindən siyasətçi yemək yeyə bilmir, əl və ayaqları tutulub.