Millət vəkilinin işinə İntizam Komitəsində baxılacaq.
Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova məsələ ilə bağlı tapşırıq verib.
Qeyd edək iki, Vahid Əhmədov bloger Mehman Hüseynova müsahibəsində bir-sıra qalmaqallı açıqlamalar verib:
➡ Xalqın sosial vəziyyəti yaxşı deyil
➡ Rayonlarda işsizlik çoxdur, insanlar bir parça çörək üçün Bakıya qaçırlar
➡ Bu gün Azərbaycanda pensiya kifayət deyil, əməkhaqqı kifayət deyil, sosial yardımlar kifayət deyil
➡ Milli Məclisdə bizneslə məşğul olan kifayət qədər deputat var
➡ 255 manatla bir millət vəkili dolana bilməz.