Yasamal rayonu ərazisində Kubinka kimi adlanan ərazini RR Construction tikinti şirkəti hər yeri qanunsuz hasarlayaraq zəbt edib.
Ərazidə yaşayan sakinlər saytımıza müraciət edərək bildirirlər ki, bizə heç bir kopensasiya ödəmədən və burada yaşayan insanlarla razılıq əldə olunmadan şirkət rəhbəri Nadir Abdullayev və onun qardaşı Rəfael Abdullayev FHN-nin baxışı qanuni sənədi olmadan, qeyd ediblər ki, evləriniz qəzalı vəziyyətdədir təcili boşaltmalısınız.
Halbuki, həmin ərazidə yaşayan sakinlərin evlərinin qəzalı vəziyyətdə olmasından heç bir söhbət gedə bilməz.
Nəzərinizə çatdıraq ki, Kubinka deyilən ərazidə yaşayan şikayətçilərin evlərinin hər birinin qanuni sənədləri var.
Bəs RR Construction tikinti şirkətinə bu qanunsuzluğa kim icazə verib?
Həmin şirkəti məlumatlandırmaq üçün deyirik ki, Azərbaycan hüquqi dövlətdir, bu dövlətin öz qanunları var, qanunlarda ölkəmizdə kifayət qədər işləyir!
AZƏRBAYCAN RESPUBLİKASININ MƏNZİL MƏCƏLLƏSİ
Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi
5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
Azərbaycan respublikasının Mənzil məcəlləsində göstərilir:
Azərbaycan respublikasının Mənzil məcəlləsində göstərilir:
Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi
5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
https://youtu.be/651ng1zBhNE