“Bakuxeber.az” saytı BDU-nun Dosenti Gülnarə Məmmədzadə ilə bağlı təkzib verdi.
Azərbaycan Respublikası, BDU-nin Dosenti Gülnarə Məmmədzadə haqqında “XəbərAl.az” saytına istinadən korrupsiya xarakterli yazı paylaşılmışdır.
Qarşı tərəfin açıqlaması belə oldu.
Mən etmədiyim bir işdə iddiham olunuram.Hətta mən Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət əsasında dəvət olunmuşam.
Şikayətin icraatına PŞ-nin baş təhqiqatçısı,polis mayoru Samir Balakişiyev baxmışdır.Və qərar verilmişdir.
Toplanılan materiallar əsasında, mənə atılan şər öz təsdiqini tapmamışdır.Bu yalnızca şər və böhtandan ibarətdir.
Və qərar vərəqəsini sizlərlə bölüşürəm.
Mənim səhhətimdə olan ciddi problemlər bu ərəfədə yenidən baş qaldırmışdır.Ümid varam ki,bu mövzu burda bağlanar.
Hüquqi müstəvidə verilən qərara bütün sayt rəhbərləri hörmətlə yanaşar və bir daha əsası olmayan, və ilk saytdan yalnış xəbər olduğu üçün silinən xəbəri paylaşmazlar.Əks təqdirdə məhkəməyə müraciət etməli olacağam.
“Bakuxeber.az“saytında, “XəbərAl.az” saytına istinadən “BDU-də Korrupsiya faktı aşkar olunub” başlıqlı yazıda
yer alan məlumatlarla bağlı araşdırma aparılarkən həmin məlumatın yalan olması müəyyən edilmişdir.
Bu səbəbdən BDU-nin Dosenti Gülnarə Məmmədzadə’dən üzr istəyir və yazıda yer almış məlumatları təkzib edirik.