“Bu gün sərhəd bölgələrimizdə işğalçı Ermənistan dövləti tərəfindən və onu dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın orada suveren hüquqularını həyata keçirməsinə mane olacaq addımlar atılır. Azərbaycan dövləti də qətiyyətlə bu addımların cavabını verir.
“Korrupsiya az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Laçın postunda da təxribatın qarşısı da alınıb. O qeyd edib ki, hərbçilər bizim üçün ən öndə gələn təbəqədir.