Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmadıqları üçün vətəndaşlara təşəkkür edib.
Bu barədə DİN-dən bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü – iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.
“Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, – deyə DİN-dən qeyd edilib.