Məhsuliyyətsiz piyada öz əcəlinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, qəza hadisəsi dünən axşam saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, yeraltı keçiddən istifadə etməyən piyada “Volkswagen Passat” markalı avtomobilin hədəfinə tuş gəlib. Belə ki, məhsuliyyətsiz piyada canı bahasına olsa belə avtomobil yolundan keçməyə cəhd edib. Hadisə şahidlərinin iddiasına görə, piyadanı vuran avtomobil qayda pozuntusu səbəbiylə saxlanılıb. Daha sonra o, törətdiyi əməldən yayınmaq məqsədilə polisdən qaçıb və bu zaman piyadanı vurub.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.