Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
“Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, – Z.Hüseynov qeyd edib.