Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.
Bakuxeber.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.