Qəzənfərova Nərmin Rahim qızı ölkə başçısına müraciət ünvanlayıb.
“Mətbuatın ictimailəşdirməsini istədiyim müraciətim vasitəsilə bildirmək istəyirəm ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinə TƏBİB tərəfindən Muşviq Zeynalovun baş həkim təyin edilməsindən narazı olan tək mən deyiləm.Orada narazı salınıb,irzikdirilən onlarla həkim tibb müəissəsini tərk etmək məcburiyyətində qaldı.Yəni sizin dəfələrlə vurğuladığınızın,tövsüyyələrinizin əksinə gedildi,65 yaşı tamam olan bir çox peşəkar həkimlərlə əmək müqaviləsinin uzadılmasına baş həkim Muşviq Zeynalov razı olmadı.
Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar topladı,orada yüksək vəzifədə çalışan qohumlarının xətti ilə “adamı” ,pulu,olmayan işçiləri də çörəyindən etdi.Onlardan biri də mənəm.
Belə ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov məni(Qəzənfərova Nərmin Rahim qızı) işlədiyim operator işindən kərgüzarlıq işinə keçirtdi.Oturduğum otaqdan çıxarıldım,toz-torpaq basmış,təmirsiz,giriləsi olmayan arxiv otağına keçirildim.Övladlarım üçün bir tikə çörək məcburiyyətindən dözdüm,arxiv otağını da öz hesabıma təmir etdirdim.Lakin bir müddət sonra eşitdim ki,baş həkim Muşviq Zeynalov məni kərgüzarlıq işindən də azad edib,xidmətçi kimi rəsmiləşdirib.Mən xidmətçi işinə keçirilməyimi 2 ay sonra bildim və buna narazılığımı bildirdim.Lakin o, “adın xidmətçi gedəcək,amma işləməyəcəksən,oturarsan öz otağında gəl razılaş.Yox kərgüzarlıq işində qalsan şənbə və bazar günləri də işə çıxmalı olacaqsan.Mən isə bildirdim ki,hansı qanunda var ki,bazar günü mən işə çıxımalıyam.Bu qanunu kim qəbul edib.Qaldı,şənbə gününə işim olarsa təbii gələrəm.Bu fikrimlə razılaşmadı.Özün bil,əks təqdirdə ərizəni yazacaqsan,yoxsa səni əmək məcəlləsinin 70 Ç maddəsi ilə işdən çıxardacağam”,-deyərək məni hədələdi.
Mən isə onun təklifi ilə razılaşmadım,bu qərarından şikayət edəcəyimi bildirdim.Bu zaman o,tələm-tələsik məni təkrar kərgüzarlıq işinə qaytardı.Bir müddət sonra məlum oldu ki,guya mən işə aylarla gecikdiyimdən töhmət almışammış.Bunu necə rəsmiləşdirdilər bilmirəm.Həmin arada baş həkim Muşviq Zeynalov mənə izahat yazmağımı da bildirdi.
Baş həkimə “bir dəfə işə gecikmişəm,onda da azyaşlı oğlum yanımda olub.Buna görə,işçiyə töhmət yazarlarmı,heç olmasa xəbərdarlıq edəydiniz,bilirsiniz ki,kreditim var,kirayədə yaşayıram,qaçaraq övladlarımı məktəbə qoyub işə gəlirəm vəs.”-fikrimi bildirdim.
Hörmətli cənab prezident!
Qarşı tərəf ədalətli və humanist davranmadı,31.08.2022-ci il tarixində Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən çıxarıldım,çox böyük haqsızlıqla üz-üzə qaldım.Qəribəsi də odur ki,mənim yerimə kadrlar şöbəsinin müdiri Nuridə Almazovanın qohumu işə götürüldü.O,iş saatlarını Nuridə Almazovanın otağında oturmaqla başa vurur.Sonradan anladım ki,baş həkim məni niyə kərgüzarlıq işindən çıxartmaq istəyirmiş.Çünkü bütün “işlərdə” kadrlar şöbəsinin müdiri Nuridə Almazova Respubilka Dəri-Zöhrəvi Mərkəzində Muşviq Zeynalov üçün öndə gedən 3 isimdən biridir.Ümumiyyətlə,orada çalışanların,işləyənlərin əksəriyyəti kadrlar şöbəsinin müdiri Nuridə Almazovanın,baş həkimin müavini Sevil Yusifovanın və baş həkimin qohumları,tanışlarıdır.Son 2 ildə orada aparılan “islahat” önününküləşdirmə,mənimsəmə,rüşvət alma prinsipləri üzərində qurulub.Buna görə də savadlı,mövqeyi olan bütün həkimlər oranı tərk etmək məcburiyyətində qaldılar.Çünkü pullu xəstələrin Muşviq Zeynalov tərəfindən özünə yaxın həkimlərə yönləndirilməsi baş verirsə,orada pasiyentlər qorxudulub onlara yüksək məbləğlər “oxunursa”,arayış 10-15 manata satılırsa,xəstələrə normal dərmanlar verilmirsə,ən pullu vəzifələrdə baş həkimə yaxın şəxslər işləyirsə,ştat vahidlərinə müdaxilələr olursa,daha nələr-nələr yazmağa,utandığımdan deyə bilmədiyim hallar baş verirsə, təbii orada qalıb işləməyin nə dərəcədə çətin olduğunu təsəvvür etmək çətin deyil.Nümunə üçün deyə bilərəm ki,Kadrlar şöbəsinin müdiri Nurudə Almazova mənə yazdığı mesajı mən ifadə etməyə utanıram.
https://youtube.com/shorts/mYAsObH98xY?feature=share
Mənbə:Turantv.az Xeberal.az
Bakuxeber.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.