Təhsil sahəsində son zamanlar tənqidi çıxışlarıma dözməyən Emin Əmrullayev özünün müdafiəsi ilə bağlı çox təhlükəli bir avantüristi də müdafiəsinə qoşub. Bu adam məktəb direktoru olduğu dövrdə məktəb daxilində əxlaqsızlığa görə (müavini qadına etdiyi təcavüzə görə) təhsil sistemindən xüsusi maddə ilə qovulub. Bu əxlaqsız və separatçının adı Elşən Qafarovdur. Adamın bundan sonra təhsildən nə hüquqi və nə də mənəvi baxımdan danışmağa haqqı ola bilməzdi. Adam tam ictimai arenadan silinmişdi, lakin Əmrullayevin mənəvi və maddi dəstəyi ilə son 3 ildə yenidən zühur edib. E. Qafarov Əmrullayevdən qidalanaraq əvvəlki nazirləri və təhsil sisteminin sağlamlaşdırılaması üçün çalışan şəxsləri təhqir edir. Bu gəda öz oğlu və digər doğmaları ilə Rusiyada işgüzar münasibətlərdə olan separatçı dəstə ilə sıx əlaqədədir. Hətta 2017 -ci ildə Lənkəranda toyda olublar və buna dair videogörüntülər də mövcuddur. Son 3 ildə himayədarı Əmrullayevə arxalanan bu ünsür məktəb direktoru və onların müavinlərinin təyinatında əsas həlqələrdən biridir. Onun sifarişi ilə bir neçə məktəb rəhbərinin şər böhtana salınıb sistemdən kənarlaşdırılamsı da məlum olan faktlardandır. Adama görün nə qədər imtiyaz veriblər: bu separatçının hazırlıq kursundan keçən məktəb direktoru və müavinliyə namizədlər işə qəbul prosesində uğur qazanırlar. Bu da ondan qaynaqlanır ki, işə qəbul prosesinin proqramı və sualları Əmrullayevin xeyir və duası ilə öncədən bu separatçıya ötürülür. Maraqlıdır, Dövlətin strateji sahəsi olan təhsil sesteminə bu separatçı gədanın söz sahibi olmasına Əmrullayevin imkan verməsi nədən xəbər verir? Bu özü də düşünməyə əsas verir ki, onun yəqin ki, Əmrullayevin özü haqqında da kompramantlara malikdir. Bundan əlavə televiziyaların belə bir separatçı-avantüristə efir verməsi, onun təhsil və elm bilicisi kimi xalqa sırıması ciddi araşdırılmalıdır. Uşağına təhsil verə bilməyən bir adam Xalqa təhsil dərsi keçir. Əxlaqsızın birisi müəllimlərə əxzlaqdan danışır.
Təhsil ictimaiyyəti! Ehtiyatlı olun və özünüzü avantürist və yaramazlardan qoruyun.
Bu sözləri öz Facebook hesabında Millət Vəkili Etibar Əliyev paylaşıb
Mənbə:Xeberal.az