FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“Hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər. Belə ki, isti hava və küləyin təsirindən ən kiçik qığılcım belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola bilər.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır