Ötən gün ölkə mətbuatında “Paşa Bank” Açiq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verməsi barədə məlumat yayılıb. araz.az həmin xəbələrə istinadən bildirir ki, buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.
İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub.
Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
JAMAZ.İNFO bu məsələ ilə bağlı apardığı araşdırmada bir neçə yeni məqamı üzə çıxarıb. Həmin araşdırma nəticəsində məlum olub ki, Zakir Fərəcov Sumqayıt şəhəri üçün yeni avtobusların alınması məqsədi ilə özünə məxsus məşhur “Kalyon” restoranını girov kimi qoyaraq, “Paşa Bank”dan kredit götürüb.
Həmin məlumatlara əsasən Zakir Fərəcov krediti götürdükdən sonra pulları bacısını əri Xannı Rüstəmova verib. Burada məqsəd kimi, həmin avtobusların alınmasının X.Rüstəmova həvalə olunması göstərilsə də, bəzi iddialara görə, Fərəcov həmin pulun ölkədən çıxarılması üçün bu addımı atıb.
Amma sonradan məlum olub ki, Xannı Rüstəmov Fərəcovun arzusunu yerinə yetirməyib. O, pulları nəinki xaricdə qaynının hesabına qoymayıb, əksinə, özü üçün sərf edib və ya öz hesabına yerləşdirib. Sözügedən şəxsin Bakıya qayıtmasından bir müddət sonra dünyasını dəyişməsi isə Fərəcovla kürəkəni arasında pul qalmaqalının da bağlanmasına səbəb olub.
JAMAZ.İNFO-nun araşdırması zamanı üzə çıxan bir başqa məsələ isə bu borc qalmaqallarının hamısında Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin adının hallanmasıdır. Daha doğrusu, bütün borc sənədlərində bu adamın imzaı və adı qeyd olunub. Elə sonuncu dəfə “zəmanət məktubu” qalmaqalı zamanı notarial qaydada imzalanması nəzərdə tutulan sənəddə də Gündüz Əliyevin adı qeyd olunub.
Maraqlı odur ki, Əliyev ərazi-idarəetmə şöbəsinə başçılıq edir. Onun nə tikinti, nə də maliyyə işləri ilə səlahiyyət baxımından heç bir hüququ da yoxdur. Amma hər nə hikmətdirsə, bu adam “Kalyon”un girov qoyulub, kredit götürülməsindən tutmuş, Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə qədər yaranmış 10 milyonlarla manat borclarda birbaşa adı keçir. Bunu elə sahibkarlar da təsdiq edir ki, bütün danışıqlar Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparılıb.
İndi isə Fərəcovla yanaşı, Əliyevin də başı qalmaqaldadır. JAMAZ.İNFO xəbər verir ki, “Paşa Bank” böhranından necə çıxacaqlarını fikirləşdikləri bir vaxtda, Gündüz Əliyevlə Zakir Fərəcovun daha bir problemi üzə çıxıb. Məlum olub ki, bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt Səhiyyə Şöbəsində apardıqları araşdırmadan sonra ciddi maliyyə yeyintiləri aşkarlayıblar. Belə ki, həmin araşdırma nəticəsində məlum olub ki, şöbənin tabeçiliyində olan xəstəxana və poliklinikaların təmiri və yeni avadanlıqların alınması adı altında 4.25 milyon manat yeyinti olub.
Baş İdarə bununla bağlı Sumqayıt İcra Hakimiyyətinə müəyyən vaxt verərək, həmin pulun ödənilməsini tələb edib. Fərəcov və Əliyev də bu pulun böyük hissəsini dövlət büdcəsinə ödəsələr də, 177 min manatlıq hissəni bağlaya bilməyiblər.
JAMAZ.İNFO-ya verilən məlumata görə, bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi apardığı araşdırmanı yekunlaşdıraraq, işlə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə tikinti və təmir işlərini aparan iş adamı, həmçinin Gündüz Əliyevinb ən yaxın dostu olan Elxan Əsədovun və Gündüz Əliyevin qardaşı qızı, eyni zamanda Sumqayıt Səhiyyə Şöbəsinin baş mühasibi Gülnarə Əliyevanın adları keçir. Hər iki şəxs bir neçə gün əvvəl ittiham aktına qol çəkiblər və orada 177 min manatlıq yeyintidən bəhs olunur.
Amma Fərəcovun borc qalmaqalı bununla da bitmir. Bu ərəfədə o da məlum olub ki, icra başçısının Dövlət Gömrük Komitəsinə də 3 milyon manat borcu varmış. Bu brocun haradan qaynaqlandığı barədə məlumatı dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, iş adamları Zakir Fərəcovun ümumilikdə 50 milyon manat borcunun olduğunu bildirirlər. Onlarsın sözlərinə görə, bu borcların böyük qismi iş adamlarına olandır. Bu təxminən 30 milyon manatdan bir qədər çox rəqəmlə ifadə olunur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
araz.az xəbər portalı.
REDAKTORDAN SÖZARDI:
Bu da, Gündüz Əliyevin “iç üzü” — necə deyərlər, hər şey göz qabağında, “kor – kor, gör – gördür!”. Başçının “gözünə girmək” üçün, ikiüzlülüyün və yaltaqlığın ən dəhşətli kriteriyalarına əl atıb. Elə, buna görədir ki, icra başçısı Zakir Fərəcovla sahibkarlar arasındakı getdikcə daha da şiddətlənən mərəkədə daim “sinəsini qabağa verib”. Milyonlarla alacaqları olan iş adamlarını həmişə öz yalanları ilə aldatmağa nail olub. Elə, “Zəmanət məktubu” qalmaqalında onun adının daha çox hallanması da, deyilənlərin daha bir sübutudur.
Elə, aldadılan sahibkarlara icra başçısının adından verdiyi yalan vədlərə görə də, günü bu günədək utanana oxşamayıb. Bu yalanlarına görə, gələcəyi olan uşaqlarına görə də, narahatçılıq keçirmir. Daha bilmək istəmir ki, onun bu yalanları, uşaqlarını cəmiyyət içində gözükölgəli edəcək həmişə. Amma vicdanı olan ata belə səhv addım atmaz, həmişə gözləri önünə öz uşaqlarının gələcək talelərini gətirərdi.
Sumqayıtın icra başçısı Zakir Fərəcovla sahibkarlar arasında uzun müddətdir davam edən borc qalmaqalında Gündüz Əliyev hansı oyunlardan çıxmayıb. Elə, bu gün də, belədir! Nə özünə, nə uşaqlarına görə, ortada narahatlığı belə yoxdur!
Məhz buna görədir ki, ölkə mediası onunla bağlı çox xoşagəlməzliklər üzə çıxarır. Bir daha deyirik ki, bütün bunlara görə, onun nə utanmağı var, nə də qızarmağı. Elə, belə xoşagəlməzliklər müqabilində də, “zəmanət məktubu” ilə bağlı prosesdə icra başçısı sahibkarlara verdiyi kişi sözünə indiyədək əməl etmək istəmir. Bir də, yaltaqlığın və ikiüzlülüyün nəticəsidir ki, iş adamlarına birbaşa Zakir Fərəcovun özü borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Nədən, məhz Gündüz Əliyevin adına?! Sualın cavabı çox sadə qeyd olunub: “Ona görə ki, bütün bu işlərin hamısı, məhz, ikiüzlü, yaltaq, saxtakar… şöbə müdirinin əli ilə həyata keçirilib. Eyni zamanda, Zakir Fərəcov bununla da, kimsəyə borcu olmadığı görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki, bu istiqamətli pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi, Gündüz Əliyevin səlahiyyətində deyil.
Elə, Gündüz Əliyevin yalan vədlərinə görədir ki, bu ciddi məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da, elə, notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciətlər edərək, durumun dəhşətli olduğunu çatdırıblar.
Xüsusi olaraq onu da iddia ediblər ki, törətdikləri bu qatı cinayət əməllərinə görə, Zakir Fərəcovun maxinator və talançı ortağı olan yüksək vəzifə sahibi Gündüz Əliyevin də vəziyyəti olduqca çətindir. Elə, araz.az-ın bu ciddi məsələ ilə bağlı ötən yazısında da qeyd edildiyi kimi, bütün deyilənlər ona bir işarədir ki, Zakir Fərəcov və onun bu yaxın cinayət ortağı, qanunsuzluq “donu geydirtdikləri” bütün əməllərini, ölkə üçün olduqca həssas keçən bu dönəmdə belə şiddətləndirməkdən heç vaxt çəkinməyiblər. Gündüz Əliyev həyata keçirdiyi bütün korrupsiya əməllərini bacısının adına olan şirkətlər vasitəsi ilə həyata keçirib. Bu barədə, araz.az araşdırmalar aparıb və deyilənlərin həqiqət olduğunu üzə çıxarıb. Tezliklə, bu barədə geniş araşdırma yazılarını dərc etməyi lazım bilib. Doğrudan da, ortadakı faktların arxasındakı qaranlıq məqamlar, Gündüz Əliyevin son vaxtlar düşdüyü təşvişə aid çox şeylərdən xəbər verir.//Araz.az//