Prodüser və aparıcı Tarix Əliyev (Tolik) millət vəkili Tahir Kərimlinin fikirlərinə sərt reaksiya verib.
BakuXeber.az bildirir ki, Tarix Əliyev millət vəkilinin “30 yaşdan yuxarı ailə qurmayan vətəndaşlar dövlətə vergi ödəməlidir” fikrinə etiraz edərək, bildirib:
“Millət vəkili Tahir Kərimli 30 yaşından yuxarı ailə qurmayan vətəndaşların dövlətə vergi verməli olduğunu dilə gətirib.
Ölkədə 30 yaşa çatmış yüz minlərlə vətəndaş var ki, hələ də özünə normal iş tapıb heç siqaretlərini ala bilmirlər, ailə dolandırmaq bacarığından heç danışmıram. Məncə gəncləri qıcıqlandıracaq fikirləri dilə gətirməkdənsə, düşünərdiniz ki, onlar sizin kimi ali təhsil (ödənişsiz) alın, Sovetlər Birliyində partiya üzvü olub, sonra vəzifə qazanıb, indi də gəlib millət vəkili postunu tutmayıblar. Əminəm ki, dilə gətirdiyiniz bu fikir sizin subyektiv fikrinizdir. Sizin yerinizə olsam, məşğulluq idarəsindən bütün ölkə üzrə gənclərin CV-lərini toplayıb, onları boş-boşuna gözlətdikləri üçün onlardan hesabat sorardım. Çünki ölkədə istər ali təhsili olan və ya olmayan gənclərin əksəriyyəti ofisiant, taksi sürücüsü və ya kuryerlik edir. Bura hətta hazırda təhsil alan tələbələr də daxildir.
Son zamanlar bəzi millət vəkilləri insanları qıcıqlandırmaq üçün belə absurd fikirlər səsləndirib, cəmiyyətdə məmurlara qarşı neqativ fikir formalaşdırırlar”.