Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinə yeni rəis təyin edib.
Bu vəzifəyə polis kapitanı Rüfət Quliyev təyinat alıb.
Qeyd edək ki, o, bundan əvvəl İdarənin YPX Alayının Qərargah rəisi vəzifəsində çalışırdı.
Xatırladaq ki, şöbənin keçmiş rəisi, polis polkovniki Taləddin Axundov isə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Trend Xəbər
23 Noyabr 2024