Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.
BakuXeber.Az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ceyhun Mustafayev vəzifədən azad edilib.
Digər əmrlə C.Mustafayev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqat bölməsinə rəis təyin olunub.