![](https://bakuxeber.az/wp-content/uploads/2023/09/51ca307f-df57-3438-80f0-f29d0b7fe9b5_850.jpg)
Müdafiə Nazirliyi xəbər verir:
▪️ Bu gecə ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
▪️ Saat 00:50-də isə ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
🇦🇿 Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
▪️ Bundan başqa, saat 00:55-dən 03:00-dək qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
📍 Qarşısı alınıb.