Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov vəzifəsindən azad edilib.
BakuXeber.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.