Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Goranboy şəhər R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziya məktəbində qalmaqal yaşanıb. Daha aydın desək məktəbin mühafizəsi direktorun otağında Kanal1.az İnformasiya Xəbər Portalının xüsusi müxbiri Çinarə Məhərrəmovanın üzərinə yeriyərək ona müqavimət göstərmişdir. Azərbaycan qadınları Mehriban Əliyevanı özlərinə arxa dayaq olaraq seçmişdir. Çox maraqlıdır bu görüntüləri görəndə Mehriban xanım və cənab Prezidentimiz İlham Əliyev buna vicdan qarşısında nə cür göz yumacaqlar. Bir Azərbaycan qadınına qarşı olunan bu münasibətə aidiyyatı qurumlar bir tədbir görməlidirlər.
Məktəb direktoru və sözügedən məktəbin rəhbərliyi işinə necə məsuliyyətsiz, biganə yanaşırki, məktəbdə bu boyda özbaşınalıq baş verir. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Azərbaycan qadınına qarşı baş verən bu özbaşınalıq araşdırılmalı, həmin mühafizə barəsində ciddi tədbir görülməlidir. Həmçinin məktəb rəhbərliyindən də ölçü götürülməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.