Yeddi yaşlı Aytənin sizin yardımınıza ehtiyacı var.
Bu barədə BakuXeber.Az-a onun anası Ülviyyə Qurbanova məlumat verib.
O bildirib ki, Aytən anadangəlmə bud-çanaq oynağının ikitərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.
“Aytən bu günə kimi üç dəfə əməliyyat olunub.
Aytənin onurğasında anadangəlmə lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır – red.). Buna görə də üç dəfə əməliyyat keçirib. Əməliyyatlar uğurlu keçsə də, Aytən iki ay reabilitasiya keçməlidir. Bir ay reabilitasiya üçün 2250 manata ehtiyacımız var.
Ailə ilə əlaqə: 051 866 99 90