Bir neçə gün bundan öncə Azərbaycan ordusunun keçirdiyi son antiterror əməliyyatları zamanı ordumuzun 200 yaxın əsgər və zabiti torpaqlarımızın bərpası uğrunda canından keçərək qəhrəmancasına şəhid oldu, təbii ki sağlamlığını itirib yaralananlarda az olmadı.
Onlardan bir də hal-hazırda həbsxana həyatı yaşayan Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il 6 ay azadlıqdan məhrum edilən videobloger Bayram Hacıyevin oğludur
Videoblogerin ailəsindən “Azərbaycan Reallığı”na verilən məlumata görə Bayram Hacıyevin oğlu Fərid Hacızadə hazırda Yevlax Mərkəzi Xəstəxanasına gətirilib, onun sağlamlığı ağır qiymətləndirilir. Əsgərmizin sağlamlıq durumu heç də ürək açan deyil.
Fərid Hacızadənin ailəsi bildirir ki ,bu çətin gündə Fərid atasın bir neçə saatlıq da olsa, görmək istəyir. Onun üçün Fərid Hacizadənin anası ölkə başçısından və digər aidiyyati qurumlardan yaralanan övladlarının istəyini həyata keçirməyə köməklik göstərməsini xahış edir.