Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.