“Kristal Abşeron” və “Azərbaycan Beynəlxalq Bankı” vətəndaşa qarşı birləşərək onu evindən çıxarır.
“Azərbaycan Reallığı” xəbər verir ki, “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi vətəndaş Məmmədov Habil Mədəd oğluna qarşı məhkəmədə iddia qaldırıb. Prosesdə MTK tərəfindən maraqlı tərəf kimi “Azərbaycan Beynəlxalq Bankı” da çıxış edir.
MTK-nın tələbi vətəndaşla arasında bağlanmış müqavilənin ləğv edilməsi, vətəndaşın mənzildən çıxarılmasıdır.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Şəbnəm Həxiyevanın sədrliyi ilə 31 oktyabr tarixində baxılacaq.