Təbabət insan fəaliyyətinin dərin xüsusi biliklər tələb edən ən mürəkkəb formalarından biridir. Tibb işçiləri istehkamçılar kimi səhvə yol verməməlidirlər.
Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb.
Bəzən həkimdən narazı olanlar onları “Hippokrat andı”nı pozmaqda günahlandırırlar. Azərbaycanda həkimlərin səhvi nəticəsində əmək qabiliyyətini itirən, yaxud dünyasını dəyişən xəstələrin sayı artıb. Belə bir fikir var ki, əgər tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.
Redaksiya olaraq bu gün Uğur Estetik Klinikasının uğursuz əməliyyatlarından danışacağıq. Nəsimi rayonu ərazisində yerləşən klinikada pasientlərə qarşı rəftar olduqca pis vəziyyətdədir. Ən pisi isə budur ki, bu klinikada əməliyyat zamanı həkim müştərinin göz kapilyarlarını partladıb.
Qanaxmanın qarşısını almaq əvəzinə xəstəni təcili evə göndərib. Hələ bu da azmış kimi “get hara istəyirsən şikayət et” deyib. Həkim yol verdiyi səhlənkarlığı aradan qaldırmaq əvəzinə, etdiyi səhvləri düzəltmək əvəzinə bu gün zərərçəkən xəstə ilə bu tərzdə danışır. Həkim adına layiq olmayan bu insan görəsən kimə və nəyə güvənir?
Onuda nəzərinizə çatdırmaq istəyirik ki, bir qayda olaraq klinika rəhbərliyi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Yəni əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Baş verən bu özbaşınalıq araşdırılmalı, klinika rəhbərliyi və həmin həkim barəsində ciddi tədbir görülməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Mənbə:Kanal1.az