“Bakuxeber.az” APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb. “Volvo S90” modeli olan avtomobillər artıq xidməti maşın kimi istifdaə olunur.
Qeyd edək ki, BMV modelindən sonra patrul avtomobilləri “Mersedes” modelinə qismən keçid etmişdi. Həmçinin “Hunday” və KİA-nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.
“Volvo” markası isə DYP sistemində yenidir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.
“Yeni Sabah” bildirir ki, sözügedən avtomobillərin “Volvo”nun Azərbaycandakı rəsmi dilerində satış qiyməti 55 260 Avrodur (99 203 AZN).