“Sabah və yaxud yaxın günlərdə eşitsəniz ki,hansısa bir qurum ənənəvi olaraq mənzilimdə, avtomobilimdə axtarış aparılmaqla və yaxud da ki, digər bir üsuli-qayda formasında, əsassıs ittihamlarla həbs etsə, bunun bir sifariş olduğunu bəri başdan deyirəm.”
Bunu tanınmış jurnalist, RealMedia.az xəbər portalının baş redaktoru Ramin Məhəmmədoğlu özünün sosial media hesabında yazıb:
“Bu günlərdə mənə verilən məlumatlara görə, həbsimin reallaşması üçün, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, həmçinin də TƏBİB-ın tabeliyində fəaliyyət göstərən Beyləqan rayon xəstəxanasının yeni təyin olunmuş direktoru Bayram Muradov, adlarını çəkmək istəmədiyim və TƏBİB-ə bağlı bir neçə şəxslər yuxarılarla “danışıqlar” apararaq, barəmdə saxta ittihm irəli sürməklə məni həbs edtirmək üçün “zəruri” hərəkətə keçiblər. Ancaq yuxarıların buna “dabro” verib vermədikləri hələki bəlli deyil. Hər halda tezliklə bir xəbəri çıxacaq” – deyə jurnalist qeyd edir.
Həmçinin Ramin Məhəmmədoğlu onu da yazır: “İndi oturub gözləyirəm ki, dövlətin aidiyyəti qurumları eyiş-işrət adamının əsassız şikayətini qəbul edib məni həbs edəcək, yoxsa bu dövlətə fayda verən, yaxud dövlətin təhlükəsizliyinə təhdid yaradacaq qüvvələrin şübhəli əməllərini ifşa edən jurnalisti”.
“Ölkənin hüquq mühafizə, xüsusi xidmət və istintaq təqibi orqanları rəhbərləri mətbu fəaliyyətimdən dolayı dövlət qarşısında ilk öncə bir vətəndaş, sonra isə bir jurnalist kimi mövqeyimi yaxşı bilirlər. Ölkəmizdə korrupsiyayla mübarizədə jurnalist mövqeyimi həm Baş prokuror cənab Kamran Əliyevə, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə yaxşı məlumdur. Ən azından ölkənin istintaq təqibi orqanı olan Baş prokurorluq, şəxsən çox hörmətli Kamran Əliyev bu xüsusdakı mövqeyimi və fəaliyyətimi dəqiq bilir.
Deməliyəm ki, hər zaman mətbu fəaliyyətimdən dolayı dövlətimizin təhlükəsizliyinin və ərazi bütövlüyünün, həmçin əsrlər boyu dövlətçilik ənənələrimizin qorunub saxlanılmasında, dövlətimizə qarşı yönəlik kənar təhdidlərin qarşısının vaxtında və zamanında alınmasında, ölkəmizdə ictimai sabitliyinin təmin edilməsi və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsində DTX-nın və Azərbaycan polisinin əvəzsiz xidmətlərindən yazaraq, təqdir etmişəm.
Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğunun fəaliyyəti hər zaman təqdir edilmiş, baş prokurorluğun keçirdiyi bütün müşavirələr demək olar ki, baş redaktoru olduğum saytda yayımlanmışdır.
Bunları sadalamaqda qeyd etmək istəyirəm ki, mətbu fəaliyyətim heç də ölkəmiz, dövlətimiz və adıçəkilən qurumlar üçün təhlükəli olmayıb. Hansısa bir harınlamış, əli korrupsiyaya bulşmış şəxslər tərəfindən qərəzli və məqsədli şəkildə həbsimə hesablanmış “şikayətləri” mənim fəaliyyətimi kölgədə qoymamalı, adıçəkilən qurumlar tərəfindən əsassız olaraq həbsimə yol açmamalıdır. Heç vaxt dövlətə və adını çəkdiyim dövlət qurumlarına qarşı “qırmızı-cizgi”ni aşmamışam. Fəaliyyətim boyunsa korrupsioner məmurların əməllərini ifaş etmişəm. Və bununla da onların marağına toxanmış olmuşam. Hətta onlar məni həbs etdirmək üçün müxtəlif yollara da baş vuraraq, qapılar döyüblər. Ancaq onların bu istəkləri baş tutmayıb. Çünki qapılarını döydükləri qurumların rəhbərləri mənim haqlı olduğumu biliblər. Buna görə də onları qapıdan qovublar.
Bu günləri də TƏBİB-ın və tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradovun fəaliyyətini tənqid etdiyim üçün, o və həbsimi istəyən digərləri də eynən zamanında başqaları kimi qapılar döyməyə başlayıblar. Bildiyim qədərincə, həbsimə çalışan şəxslər DTX və Baş prokurorluğun qapısında yatıblar. Onların nə qərar verəcəklərini səbrsizliklə gözləyirlər. İnanıram ki, bunlarda zamanında digərləri kimi qapıdan qovulacaqlar.
İndi isə qərar sizindir, cənablar. Ya həbsimə fərman verəcəksiniz, ya da olanlrı qapıdan qovacaqsınız” deyə Ramin Məhəmmədoğlu yazıb.
RealMedia.az