Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.
FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Yanğınsöndürmə avtomobillərinin hərəkəti zamanı çəkilmiş video, görüntüləri çəkən şəxs tərəfindən yanlış şərh edilir. Belə bir hadisə baş verməyib”-, deyə cavabda qeyd edilib.