Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Bakuxeber.Az xəbər verir ki, MSK-nın bugünkü iclasında prezidentliyə namizədlərin müraciətlərinə baxılır.
MSK İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyinə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Qeyd edək ki, İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.