Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.
“Bakuxeber.az” xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.
1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.