“Kontakt Home” kredit müqaviləsi zamanı müştərinin istifadə etmədiyi xidmətə görə borc yazıb.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə sosial şəbəkədə Fərid Mehdiyev (ad şərtidir) yazıb. O bildirib ki, ona kreditlə əlavə 149 manat borc yazılıb:
“Şikayətim “Kontakt Home” mağazasındandır. Mənim tələsməyimdən və müqaviləyə baxmamağımdan istifadə edilib!
Deməli, kreditlə telefon almışam və mənə istifadə etmədiyim xidmətin pulu yazılıb 149.99 azn. Kredit rəsmiləşən zaman mənə xidmət təklif olunub və mən tələsdiyim üçün xidmətdən imtina etmişəm.
Telefonu təhvil alan zamanda mənə deyildi icloud açılsınmı? Və bundan da imtina etmişəm ki, özüm həll edəcəm. Qaynar xəttə şikayətimi bildirirəm ki, kamera görüntülərinə baxılsın, səs yazıları dinlənilsin, əgər lazımdırsa telefonu aldığım filiala müraciət edim. Mənə bildirilir ki, xeyr, ehtiyac yoxdur və yaxın zamanda məlumat veriləcək.
Mən istifadə etmədiyim xidmətə göre niyə pul ödəməliyəm?
“Kontakt Home” hedsiz mesuliyyətsiz şirkətdir. Heç kəsə məsləhət görmürəm qəti şəkildə “Kontakt Home”u”.