Növbəti maqnit qasırğasının yanvarın 23-də olacağı gözlənilir.
BakuXeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Bildirilib ki, maqnit qasırğası yanvarın 23-də səhər tezdən başlayacaq və günortadan sonra səngiyəcək. Maqnit qasırğasının zəif (G1 səviyyəsi) olacağı proqnozlaşdırılır.