Tanınmış həkim Aydın Əliyev iş yerini itirib. O, “İstanbul” klinikasında tutduğu vəzifədən uzaqlaşdırılıb.
“Bakuxeber.az” xəbər verir ki, həkim bu barədə özünün “Facebook” hesabında məlumat verib.
İşdən çıxarılmasına etiraz edən Əliyev belə yazıb: “İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?!”