Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova
Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti:
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə
Surəti:
Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına
İmişli rayonu Qulubəyli kəndi, Zərərçəkmiş Hüquqi şəxsin nümayəndəsi Qalib Nağıyev tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ:
Hörmətli Prezident!
Şikayətim Lənkəran Ağır Cinayətlər Məhkəməsində AR. CM-nin 188.4.1, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Mirvəli Tağıyevə dair 230440055 nömrəli cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim Esmira Məmmədova və ittihamçı prokuror Rahim Nəhmətov barəsindədir.
230440055 nömrəli cinayət işinin məhkəmə istintaqı kobud qanun pozuntuları ilə müşayiət olunmaqla Azərbaycan Respublikası CPM-nin çoxsaylı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Hakim Esmira Məmmədova və ittihamçı prokuror Rahim Nəhmətov təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirmək məqsədilə ittiham aktının şübhə altına alınması istiqamətində birmənalı olaraq səylərini birləşdirmişlər.
Hakim Esmira Məmmədovanın imzası ilə Məhkəmənin 24.01.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmək üçün bildirişi gec göndərdiyinə görə məhkəmə iclasında iştirak edə bilmədim. Sadə zərfdə göndərilmiş və 30 vərəqlik ittiham aktı olduğu qeyd edilən zərfdə ittiham aktına rast gəlmədim.
9 fevral 2024-cü il tarixdə saat 1100 radələrində növbəti məhkəmə iclasında hakim Esmira Məmmədovanın gözləri qarşısında təqsirləndirilən şəxs Mirvəli Tağıyevin oğlu İmişli rayonu Qulubəyli kənd tam orta məktəbin direktoru Mirsahib Tağıyev hər hansı bir qismdə məhkəməyə çağırılmadığı təqdirdə, icazəsiz olaraq təqsirləndirilən şəxslə eyni bir yerdə qərar tutdu. Hələ bu azmıymış kimi Mirsahib Tağıyev mən ifadə verərkən replika ataraq ifadə verməyə imkan vermirdi. Hakim kənar şəxs olan Mirsahib Tağıyevi məhkəmə zalından kənarlaşdırmadı.
Həmin gün saat təqribən 1300 radələrində məhkəmə iclası yekunlaşərkən təqsirləndirilən şəxs hakim E.Məmmədovadan icazə istəmədən məhkəmə tribunasına yaxınlaşıb hakimə bir neçə sənəd verdikdən sonra məhz oradan mənim ünvanıma təhqiramiz və mənə xoş olmayan ifadələr işlətsədə hakim təqsirləndirilən şəxsin bu qanunsuz hərəkətinə heç bir münasibət bildirmədi. Hər iki fakt üzrə həmin vaxt mən Prezident cənablarına və digər yuxarı instansiyalara rəsmi müraciətlər edib hakim Esmira Məmmədova barəsində qanuni tədbir görülməsini xahiş etsəmdə nəticəsi olmadı. Məhkəmə zalında olan kameralar yazdıqlarımın həqiqət olduğunu təsdiq edə bilər.
Məhkəməyə verdiyim vəsatətlərin bir qismi qanunsuz olaraq qəbul olunmur və digər bir qisminə isə əhəmiyyət verilmir. Mən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində hakim Esmira Məmmədovdan məhkəmə istintaqının obyektiv aparılması üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin sorğu yolu ilə müvafiq idarələrdən alınıb məhkəmədə araşdırılmasını xahiş etsəmdə O, həmin sənədlərlə əlaqədar heç bir sorğu verməyəcəyini bildirərək nəzərimə çatdırdı ki, həmin sənədləri məhz özümün müvafiq idarələrdən alıb Məhkəməyə təqdim etməli olduğumu bildirdi. Müvafiq idarələrə müraciət etdikdə isə bildirildi ki, ancaq məhkəmənin sorğusu əsasında həmin sənədlər Məhkəməyə təqdim oluna bilər.
Hakim E.Məmmədova təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasına görə ittiham aktını şübhə altına almaq məqsədilə qanunazidd hərəkətlər edir.
Hakim E.Məmmədova 1996-cı ildə Aqrar-İslahat zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş torpaq sahəsi ilə, 20 il sonra ayrı-ayrı vaxtlarda 2016-2019-cu illər ərzində zəbt etdiyi əlavə torpaq sahəsi üzərində oğlu Mirdavud Tağıyevə tikdiyi ev və çoxsaylı əsaslı tikintilər inşa etdiyi torpaq sahəsinin eyni torpaq sahələri olması istiqamətində qanunsuz məhkəmə istintaqı aparır. 1996-cı ilə qədər təqsirləndirilən şəxsin istifadəsində olan və həmçinin həmin vaxt zəbt edib üzərində ev tikdiyi torpaq sahəsinə görə ona ittiham elan olunmayıb. İmişli rayon Prokurorluğunda istintaq yekunlaşarkən artıq həmin hissəyə sübutların qiymətləndirilməsi haqqında qərarda hüquqi qiymət verilmişdir.
2016-2019-cu illərdə təqsirləndirilən şəxsin zəbt etdiyi torpaqda, ayrı-ayrı vaxtlarda ev və əsaslı tikintilər inşa etdiyinə görə ona 188.4.1 maddəsi ilə ittiham elan olunmuşdur. Hakim E.Məmmədova tutduğu vəzifəsindən sui-istifadə edərək qanunazidd əməllərlə məşğuldur.
İmişli RİHB-nin Qulubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin heç bir hüquqi əsası olmayan Məhkəməyə təqdim olunmuş 26.02.2024-cü il tarixli 26 saylı arayışda Qulubəyli kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitabında 2011-ci il tarixdə təqsirləndirilən şəxs Mirvəli Tağıyevin oğlu Mirdavud Tağıyevin adına 0.20 ha torpaq sahəsi qeyd olunduğu və onun həmin torpaq sahəsində ev tikdiyi göstərilmişdir. Əgər həqiqətən də təsərrüfatbaşına kitabında 2011-ci ildə Mirdavud Tağıyevin adına 0.20 ha həyətyanı torpaq sahəsi var idisə, 2022-ci ildən başlayaraq şikayət ərizələrim əsasında zəbt faktı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətində, İmişli rayon Polis şöbəsində, daha sonra İmişli rayon Prokurorluğunda araşdırma zamanı və nəhayət sonda istintaq aparılarkən niyə həmin arayış adlarını göstərdiyim idarələrə təqdim olunmamışdır?
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən 2 ay sonra Qulubəyli kənd İcra Nümayəndəliyi tərəfindən sözügedən saxta arayış necə ortaya çıxdı və Məhkəməyə təqdim olundu?
2011-ci ildə İcra Nümayəndəliyində müavin vəzifəsində işləmiş şəxsin xətt yazısı ilə təsərrüfatbaşı kitabda təqsirləndirlən şəxs Mirvəli Tağıyevin xeyrinə, ittiham aktını şübhə altına almaq məqsədilə saxtakarlıq edilərək qanunsuz düzəlişlər edilmişdir.
İş üzrə şahid qismində dindirilmiş Mirdavud Tağıyev İmişli rayon Prokurorluğunda aparılan istintaq zamanı və Məhkəmə istintaqı zamanı verdiyi ifadələrində onun ev tikdiyi torpağa dair heç bir sənədi olmadığını bildirmişdir. İcra Nümayəndəliyinin 2011-ci il tarixdə təsərrüfatbaşı kitabında onun adına qeyd olunmuş 0.20 ha torpaq sahəsi barədə Mirdavud Tağıyevin məlumatı olmamışdır.
Əslində sözügedən arayışın heç bir hüquqi qüvvəsi və əsası yoxdur.
Belə ki, Azərbaycanda 1996-cı ildə Aqrar-İslahat aparıldıqdan sonra İcra Nümayəndəliyinin vətəndaşlara torpaq ayırma səlahiyyətlərinə xitam verilmişdir.
Torpaq Məcəlləsinin 47.7-ci maddəsində və “Torpaq İslahatı haqqında” qanunun 7-ci maddəsinin 3-cü bəndində göstərilir ki, Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni Bələdiyyələr həyata keçirirlər.
Kolxozların mülkiyyətində olan torpaqlar üzərində islahat aparıldıqdan sonra İmişli rayonu Soltanmuradlı kənd ərazisinə aid olan, Qulubəyli kəndində aid olmayan 0.20 ha torpaq sahəsi 2011-ci ildə Qulubəyli kənd İcra Nümayəndəliyi tərəfindən təqsirləndirilən şəxs Mirvəli Tağıyevin oğlu Mirdavud Tağıyevin mülkiyyətinə necə verilə bilərdi?
Hakim E.Məmmədova öz mövqeyimi müdafiə etməyə, tərəflərin çəkişməsi əsasında prosesin keçirilməsinə imkan vermir. Müdafiə tərəfinin qanunsuz hərəkətlərinə təmkinlə yanaşan hakim E.Məmmədova mövqeyimi bir qədər izahlı müdafiə edərkən, məni məhkəmə zalından kənarlaşdıracağı ilə hədələyir.
Göründüyü kimi hakim Esmira Məmmədova Azərbaycan Respublikasının CPM-nin 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.2.6, 81.2 maddələrinin tələbini kobud surətdə pozmuşdur.
230440055 nömrəli cinayət işi üzrə ittihamçısı prokuror Rahim Nəhmətov Dövlət ittihamını müdafiə etmir. Prokuror R.Nəhmətov 2024-cü ilin fevral, mart, aprel, may aylarında keçirilmiş beş məhkəmə iclaslarında öz vəzifəsini qanunamüvafiq icra etməyərək Azərbaycan Respublikasının CPM-nin 84.6.1, 84.6.2, 84.6.4, 84.6.7, 84.6.8, 84.7.1 maddələrinin tələbinə əməl etməmişdir.
Məhkəmə istintaqı zamanı müzakirə olunan məsələyə münasibət bildirmək üçün hakim tərəfindən ittihamçı prokurora söz verilərkən O çox qısa və yığcam şəkildə fikrini ifadə edir. Vəsatət vermək, etiraz etmək, tələb etmək kimi terminlərin sanki ittihamçı Prokurora heç bir aidiyyəti yoxdur. Bütün məhkəmə proseslərində vaxtının 90%-ni öz mobil telefonuna sərf etməklə və nəyinsə haqqında fikirləşməklə keçirir. Kamera görüntüləri bu faktı təsdiq edə bilər.
Xahiş edirəm izahatım əsassında hakim Esmira Məmmədovanın və ittihamçı prokuror Rahim Nəhmətovun əməllərinə hüquqi qiymət verilsin və sözügedən məhkəmə prosesindən kənarlaşdırılsınlar.
Zərərçəkmiş hüquqi
şəxsin nümayəndəsi: Hörmətlə Nağıyev Qalib