Müğənni Manaf Ağayevlə xanəndə Leyla Rəhimova arasında inciklik yaranıb.
Bakuxeber.az olay-a istinadla xəbər verir ki, bu barədə “Rəngarəng səhər” proqramında məlumat yayılıb.
Manaf Ağayev ötən gün Rəhimova ilə efirə çıxmaq istəməyib. Buna səbəb isə Leylanın Ağayeva duet sözü verməsi və sonradan vədinə xilaf çıxmasıdır:
“Leyla dedi ki, sizin köhnə mahnılarınız var, onlardan birini aranjiman etdirib yenidən ifa edək. Onun böyük sənəti var, yaxşı oxuyandır. Getdim, mahnını tapdım, aranjimana 1500 manat verdim. Mən səsləndirdim, dedim ki, sən də studiyaya gedib oxumalısan. Dörd aydır, məni yol verirsən. Dedin ki, səsim işləmir və s.
Səs toyda “şaqqıldayır”, amma deyirsən, vaxtım yoxdur, səsim işləmədi. Məni yola vermək olmaz. Nə işlə məşğulsan ki?! Biz də toya gedirik. Bir “Sən olmayanda” oxuyacaqdın. Səni başa salıram ki, mənimlə oynamaq olmaz. İnciklik budur, onu da sən yaratdın. Ağlama və s. lazım deyil. Bundan sonra duet oxumaq bitdi”.