Tanınmış iş adamı “Guseynoff” şirkətinin rəhbəri, Emin Hüseyinov yeni şirkət açıb. “Bakuxeber.az“-ın əldə etdiyi məlumata görə, “DEMONN” adı ilə qeydiyyata alınan şirkət Gəncə şəhərində böyük bir ərazidə fəaliyyət göstərir.
Şirkət ən müasir texnologiyadan hazırlanan spirtli içkilərin, xüsusən də araqların aktiv şəkildə hazırlanması ilə məşğul olacaq.
Söhbət 24 saat ərzində minlərlə araqın hazırlanaraq satış bazarına çıxarılmasından gedir.
Xatıraladaq ki, “DEMONN” şirkətində istehsal olunan”TİME VODKA”adlı spirtli içgilər yüksək standartlara cavab verəcək səviyədədir.
Deyilənə görə şirkətə qoyulan sərmayə 1 milyon dolardan artıqdır.
Həmçinin şirkətdə xeyli sayda Gəncə sakinləri də işlə təmin olunub.
Şirkət rəhbəri Emin Hüseynov qeyd etdi ki, bundan sonra da Gəncə sakinləri işlə təmin olunmaqda davam edəcək.
Bizdə Bakuxeber.az olaraq şirkət rəhbəri Emin Hüseynova işlərində daima uğurlar arzu edirik.
Trend Xəbər
08 Dekabr 2024