BakuXeber.az AzTimes.az-a istinadən xəbər verir ki, OBA marketin Nəsimi rayonu Rəşid Məmmədov küçəsində yerləşən filialında qalmaqal baş verib. Market əməkdaşı iki yetkinlik yaşına çatmayan şəxsin marketdən oğurluq etdiyini müşahidə edib. İçəridə olan müştərilərə hörmət əlaməti olaraq azyaşlılardan birinin yaxınlaşmasını tələb edən Tural Məmmədov ona nə üçün oğurluq etdiyini soruşduqda azyaşlılar ərazidən qaçıb. Bir az sonra sözügedən azyaşlıların atası içkili vəziyyətdə marketə daxil olub və əraziyə polis çağırıb. O , işcinin onun azyaşlı övladını zorlamaq məqsədi ilə çağırdığını deyərək qadın əməkdaşları nalayiq sözlərlə təhqir edib. Market rəhbərliyi ,Tural Məmmədov və şikayətçi ata Nəsimi Rayon 19-cu Polis Bölməsinə aparılıblar