Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin ölkə sərhədlərində yeni antiterror əməliyyatlarına başlayacağını və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyini bildirib.
“Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq, Təhlükəsizlik Şurasının iclasında müvafiq qərarlar veriləcək”, – Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.
Mənbə: “RİA Novosti