Bakuxeber.az–a müraciət edən Füzuli rayon sakini Əliyev Nəsib Əhliman oğlu qeyd edir ki,onun oğlunu işə düzəltmək adıyla ondan Beyləqan rayon sakini Səmədov Vüsal Arif oğlu 4500 manat pul alıb.
Lakin Səmədov Vüsal pulu aldıqdan sonra nə işə düzəltmədi nədə pulu qaytarmadı.
Əliyev Nəsib Beyləqan rayon məhkəməsinə’də müraciət edib, lakin Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Nurullayev pulun ödənilməsiylə bağlı qərar qəbul etsədə, Beyləqan rayon icra şöbəsinin rəisi Azər Quliyev verilən qərarı icra etmir.
Vətəndaş Əliyev Nəsib iddia edir ki,İcra şöbəsinin rəisi Azər Quliyev qarşı tərəfdən,yəni Səmədov Vüsal’dan rüşvət alıb.
N.Əliyev qeyd edir ki, Səmədov Vüsal Beyləqan rayonunda əlini-qolunu sallaya,sallaya gəzir heç onu icra şöbəsi Azər Quliyev axdarışa belə verməyib.
Burdada təbi ki, Azər Quliyevin rüşvət almasıyla bağlı şüphələr danılmaz bir faktdır.
Bu haqda araşdırmamız davam edir…